Apple şirkəti İngiltərədə tətbiq və abunəlik ödənişlərini əsassız yüksək saxladığı iddiası üzrə açılmış kollektiv məhkəmə işini uduzub. Qərar nəticəsində şirkət təxminən 36 milyon istifadəçiyə qarşı 1 milyard 500 milyon funt sterlinq həcmində məsuliyyətlə üzləşib və bu iş ölkədə texnologiya nəhənglərinə qarşı ilk böyük miqyaslı istehlakçı qələbəsi kimi qeydə alınıb.
Redaksiya məlumat verir ki, Birləşmiş Krallığın Rəqabət Temyiz Məhkəməsi 23 oktyabr 2025 tarixli geniş əsaslandırılmış qərarı ilə Apple-ın App Store üzərində bazar hökmranlığından sui-istifadə etdiyini təsdiqləyib. Məhkəmə tətbiqdaxili alışlardan tutulmuş 30% komissiyanı həddindən artıq və ədalətsiz hesab edərək, rəqabətli bazarda bu göstəricinin daha aşağı səviyyələrdə olmalı olduğunu vurğulayıb.
İddia London Universitetinin King’s College akademiki doktor Rachael Kent tərəfindən açılıb və oktyabr 2015-ci ilin noyabr 2024-cü ilin arasında iPhone və ya iPad vasitəsilə Böyük Britaniya App Store mağazasında ödəniş etmiş istifadəçiləri əhatə edir. Şərtlərə cavab verən şəxslərin hər birinin təxminən 27 ilə 75 funt sterlinq arasında kompensasiya alacağı gözlənilir.
Apple qərarla razılaşmadığını bildirib və apellyasiya prosesinə başladığını açıqlayıb. Şirkət App Store-un təhlükəsiz ekosistem təqdim etdiyini müdafiə edir və şikayət mərhələsinin ödənişlərin vaxt cədvəlini gecikdirə biləcəyini qeyd edir.
