Antarktidanın buz altı relyefi ilk dəfə bu qədər detallı xəritələndirilib

Antarktidanın buz altı relyefi ilk dəfə bu qədər detallı xəritələndirilib

Sona Osmanova · Elm ·

Alimlər Antarktidanın qalın buz örtüyünün altında gizlənən relyefi indiyədək görünməmiş dəqiqliklə əks etdirən yeni xəritə hazırlayıblar. Tədqiqatçılar bildirirlər ki, bu xəritə materikin daxili quruluşu barədə elmi biliklərin genişlənməsinə mühüm töhfə verə bilər.

Redaksiya BBC News-a istinadla xəbər verir ki, araşdırma nəticəsində minlərlə əvvəllər məlum olmayan təpə və silsilənin mövcudluğu aşkar edilib. Alimlərin sözlərinə görə, Antarktidanın buz altında gizlənən bəzi dağ massivləri artıq əvvəlki xəritələrlə müqayisədə daha aydın və detallı şəkildə təsvir olunur.

Qeyd olunur ki, yeni xəritə müəyyən qeyri-müəyyənliklərə malik olsa da, əldə edilən məlumatlar Antarktidanın iqlim dəyişikliyinə necə reaksiya verəcəyini anlamağa kömək edə bilər. Bu isə öz növbəsində dəniz səviyyəsinin qalxması ilə bağlı mümkün risklərin daha dəqiq qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.