Anar Nəcəfli AAYDA-dan getməyib

Anar Nəcəfli AAYDA-dan getməyib

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat doğru deyil.

Redaksiya Anews.az-a istinadla xəbər verir ki, Anar Nəcəfli hazırda fəaliyyətini davam etdirir və media sorğularını cavablandıran məsul şəxs olaraq qalır.

Əldə etdiyimiz məlumata görə, AAYDA-da struktur dəyişiklikləri aparılıb və bunun çərçivəsində mətbuat şöbəsi ləğv edilib. Buna baxmayaraq, media ilə kommunikasiya və jurnalist sorğularının cavablandırılması Anar Nəcəfliyə həvalə olunub.

Anar Nəcəflinin AAYDA-dan ayrılması və ya vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmır.