“Amerikalılar sağ olsun”, Lukaşenko bildirib

“Amerikalılar sağ olsun”, Lukaşenko bildirib

Nizami Salmanov · Media ·

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə göndərilən humanitar yardımın üçdə ikisinin ABŞ-dan gəldiyini bildirib.

Redaksiya Belarus mediasına istinadla xəbər verir ki, Lukaşenko Amerika hakimiyyətinə belaruslara göstərilən dəstək və yardıma görə təşəkkür edib.

Belarus lideri çıxışında Qərbin sanksiyalarına da toxunub. O, “sanksiyalar, sanksiyalar” ifadəsini işlədərək, buna baxmayaraq ABŞ tərəfinin humanitar yardım məsələsində müsbət rol oynadığını bildirib.

Lukaşenkonun sözlərinə görə, Belarus humanitar sahədə göstərilən istənilən dəstəyi yüksək qiymətləndirir. O, yardımların adi insanların ehtiyaclarının qarşılanması baxımından vacib olduğunu qeyd edib.

Açıqlama Minsk və Vaşinqton arasında siyasi münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə səslənib. ABŞ Belarus rəsmilərinə qarşı sanksiyaları davam etdirsə də, humanitar istiqamətdə yardım kanalları saxlanılır.