Almaniya Trampın təhdidlərinə sərt cavab verdi

Almaniya Trampın təhdidlərinə sərt cavab verdi

Sevinc Kərimova · Siyasət ·

Almaniya maliyyə naziri ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı təhdidlərinə sərt reaksiya verib. Nazir bildirib ki, Almaniya və Fransa bu məsələdə tam həmrəydir və heç vaxt şantaja boyun əyməyəcək.

Redaksiya xəbər verir ki, Almaniya tərəfinin açıqlamasında Avropanın cavabının aydın və birgə olacağı vurğulanıb. Bildirilib ki, əgər ABŞ prezidenti Donald Tramp tariflərlə bağlı təhdidlərini davam etdirərsə, Avropa İttifaqı adekvat əks‑tədbirlər görməyə hazırdır.

Nazir qeyd edib ki, Avropa tərəfi vəziyyətin gərginləşməsini istəmir, lakin hər şeyin bir həddi var və ABŞ prezidentinin davamlı provokasiyaları artıq bu həddi keçib. Onun sözlərinə görə, bu cür yanaşma Avropa üçün qəbuledilməzdir.

Açıqlamada həmçinin bildirilib ki, Avropanın dialoq üçün əli hələ də uzadılıb, lakin mövcud münasibət dəyişməzsə, Almaniya və Fransa birgə şəkildə lazımi cavabı verməkdən çəkinməyəcək. Bu bəyanat ABŞ ilə Avropa arasında ticarət gərginliyinin daha da dərinləşə biləcəyinə işarə kimi qiymətləndirilir.