Meksikada ana müxalifət lideri Alexandro Moreno ABŞ-a müraciət edərək hakim MORENA partiyasının “terror təşkilatı” elan olunmasını tələb edib.
Redaksiya GDH Digital-a istinadla xəbər verir ki, Meksikanın İnstitusional İnqilab Partiyasının (PRI) sədri Alexandro Moreno bu tələblə ABŞ Dövlət Departamentinə müraciət edib.
Moreno hakim Milli Yenilənmə Hərəkatını (MORENA) seçki proseslərində təşkilatlanmış cinayət qrupları ilə əməkdaşlıqda ittiham edib.
Onun sözlərinə görə, cinayətkar şəbəkələr siyasi himayə qarşılığında fəaliyyətlərini davam etdirib.
Müxalifət lideri bildirib ki, Meksikada cinayətkar strukturlarla əlaqəli siyasi hakimiyyətin normallaşdırılmasına yol verilməməlidir.
Hazırda MORENA Meksika Konqresinin hər iki palatasına nəzarət edir və ölkənin əksər bölgələrində hakim mövqedədir.
