ABŞ-da gündəmə gələn sərt açıqlama birbaşa Ağ Evin mətbuat katibi Kerolayn Levitt tərəfindən verilib.
Redaksiya mənbəyə istinadla xəbər verir ki, Levitt, ölkənin gələcəyi və əmək bazarı ilə bağlı mövqelərini bildirərkən bu fikirləri səsləndirib:
“Ölkəmizin elektrikçilərə və santexniklərə ehtiyacı var. Harvard Universitetinin LGBTQ-yönümlü bölmələrindən məzun olanlara yox. Administrasiyamızın bu məsələdə mövqeyi aydındır.”
Levittin bu açıqlaması, ABŞ-da ali təhsilin istiqaməti və əmək bazarının real ehtiyacları ilə bağlı yeni müzakirələri alovlandırıb. O, texniki peşələrin ölkə üçün kritik önəm daşıdığını və hökumətin dəstəyinin bu sahələrə yönələcəyini ifadə edib.
Sosial mediada bu bəyanat geniş müzakirə doğurub. Bəzi istifadəçilər çıxışın “real vəziyyəti əks etdirdiyini” müdafiə etsə də, digərləri bunu ayrımçılıq və təhsil azadlığına müdaxilə kimi qiymətləndirib.
Hazırda Ağ Evdən bu açıqlamanın mümkün siyasi və hüquqi nəticələri ilə bağlı əlavə reaksiya verilməyib.
Kənan Cəlilov
