Ağ Ev rəsmi “TikTok” hesabı açacaq

Ağ Ev rəsmi “TikTok” hesabı açacaq

Fərid Əlizadə · Siyasət ·

Ağ Ev yaxın vaxtlarda sosial şəbəkə platforması “TikTok”da rəsmi hesab istifadəyə verəcək. Addımın əsas məqsədi gənc auditoriya ilə daha birbaşa və sürətli kommunikasiya qurmaqdır.

Redaksiya xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. Qeyd olunur ki, rəsmi hesab vasitəsilə Ağ Ev ictimaiyyətə siyasi gündəmlə bağlı açıqlamalar, məlumatlandırıcı məzmun və müxtəlif sosial kampaniyalar təqdim edəcək.

Mütəxəssislər bildirirlər ki, ABŞ-da “TikTok”un istifadəsi ətrafında təhlükəsizlik və məlumatların qorunması ilə bağlı mübahisələr davam etsə də, platforma xüsusilə gənc nəsil arasında populyarlığını qoruyur. Ağ Ev rəhbərliyinin də bu auditoriyaya birbaşa çıxışı təmin etmək niyyətində olduğu vurğulanır.

Yeni hesabın nə vaxt işə düşəcəyi barədə dəqiq tarix açıqlanmayıb.

Sevinc Kərimova