Ağ Ev: “Müharibə başa çatmayacaq, tərəflər sülhə hazır deyil”

Ağ Ev: “Müharibə başa çatmayacaq, tərəflər sülhə hazır deyil”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezident Administrasiyasının mətbuat katibi Kerolayn Levit Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib.

Redaksiya xəbər verir ki, Levit bəyanatında belə deyib:
“Rusiya-Ukrayna münaqişəsi davam edir, çünki tərəflərin liderləri sülhə hazır deyillər. Müharibənin bitməsi onların ortaq dil tapmaq qətiyyətindən asılıdır.”

O, ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək istədiyini, lakin atəşkəsin açarının Moskva və Kiyev rəhbərlərinin qərarlarında olduğunu vurğulayıb.

Levit əlavə edib ki, Tramp yaxın vaxtlarda münaqişənin həlli üçün yeni addımlar atmağı planlaşdırır.

Sevinc Kərimova