Adnan Oktarın son görüntüsü yayımlandı. Vəkili “gəncləşir” deyir

Adnan Oktarın son görüntüsü yayımlandı. Vəkili “gəncləşir” deyir

Sevinc Kərimova · Kriminal ·

8 min 463 il 4 ay həbs cəzasına məhkum edilən Adnan Oktarın son fotosu ictimaiyyətlə paylaşılıb.

Redaksiya xəbər verir ki, foto ilə birlikdə onun vəkili tərəfindən verilən açıqlamalar daha da diqqət çəkib. Bildirilib ki, Adnan Oktar həbsxana şəraitində gözləntilərin əksinə olaraq, fiziki baxımdan daha gümrah görünür və “zaman onun üçün tərsinə işləyir”.

Vəkilin sözlərinə görə:

  • Müvəkkil hazırda 100 kiloqram çəkiyə sahibdir, “pəhləvan quruluşu” var. Güclü, gümrah və atletik görkəmdədir.
  • Saçları əvvəlkindən daha gurlaşıb, tökülməsi dayanıb. Parlaq və sağlam görünür.
  • Gözlərinin baxışları 20 yaşlı bir gəncin baxışlarını xatırladır. Dərin və təsirli ifadəsi var.
  • Burnu əvvəlki kimi düzgündür, qulaqları formasını dəyişməyib, eşitmə qabiliyyəti yüksəkdir.
  • Dərisi gərgin və parlaqdır, alnında bircə qırış belə yoxdur.
  • Ənənəvi ölçülü pencəklər onun çiyinlərinə uyğun gəlmir.
  • Mərtəbələrə iki pillə bir çıxır, yorulmur.
  • Saatlarla birnəfəsə danışa bilir. Axıcı, hazırcavab və yumor hissinə malikdir.

Sosial şəbəkələrdə yayılan bu görüntü və açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qeyd edək ki, Adnan Oktar təşkilatı ilə bağlı məhkəmə prosesində yüzlərlə cinayət maddəsi ilə ittiham olunaraq rekord həcmli həbs cəzası almışdı.

Kənan Cəlilov