ABŞ-ın Orem şəhərində yerləşən Yuta Vadisi Universitetində silahlı hücum baş verib. Hadisə zamanı amerikalı siyasətçi və ictimai fəal Çarli Körk universitetdə canlı çıxış edərkən güllə yarası alıb. Onun yaşayıb-yaşamadığı haqqında hələlik heç bir xəbər mövcud deyil.
Redaksiya xəbər verir ki, hücum zamanı auditoriyada olan tələbələr və iştirakçılar böyük təşviş yaşayıb. Hadisə yerinə dərhal polis və təcili tibbi yardım cəlb olunub, Kırk isə xəstəxanaya aparılıb.
Hadisənin motivləri və hücumçunun kimliyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Təhlükəsizlik orqanları hadisə ilə bağlı araşdırma aparır.
