ABŞ Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyəti ləğv etdi

ABŞ Ukraynaya uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyəti ləğv etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ Ukraynaya müttəfiqlər tərəfindən verilən uzaqmənzilli raketlərin istifadəsinə dair əsas məhdudiyyəti aradan qaldırıb. Bu qərar Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə imkan yaradacaq.

Redaksiya xəbər verir ki, The Wall Street Journal bu barədə məlumat yayıb. Qərarın məqsədinin Rusiyanın cəbhəarxası logistik infrastrukturuna və hərbi bazalarına qarşı Ukraynanın imkanlarını artırmaq olduğu bildirilir. ABŞ administrasiyası bu addımı “müdafiə xarakterli” kimi təqdim etsə də, Moskva qərarı birbaşa eskalasiya kimi qiymətləndirib.

Eyni zamanda, Reuters agentliyi xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Yeni sanksiyalar enerji, maliyyə və texnologiya sektorlarını əhatə edir və Rusiyanın hərbi sənaye kompleksinə yardım edən şirkətlərin də siyahıya əlavə olunduğu qeyd olunur.