ABŞ Türkiyədən təhvil verilməyən F-35-lərin xərclərini tələb edir

ABŞ Türkiyədən təhvil verilməyən F-35-lərin xərclərini tələb edir

Sevinc Kərimova · Siyasət ·

ABŞ hökuməti Türkiyənin S-400 sistemləri səbəbindən proqramdan çıxarıldığı F-35 qırıcıları ilə bağlı yeni maliyyə tələbi irəli sürüb.

Redaksiya xəbər verir ki, Vaşinqton Ankaraya təhvil verilməyən altı ədəd F-35 qırıcısının saxlanılması və texniki xidmətinə görə Türkiyədən 30 milyon dollar tələb edib. Bu barədə məlumatı ABŞ-dakı düşüncə mərkəzlərindən “Middle East Institute”un Türkiyə proqramı direktoru Gönül Tol açıqlayıb.

Qeyd olunur ki, sözügedən təyyarələr ABŞ-da saxlanılır və hazırda Amerika Hərbi Hava Qüvvələrinin istifadəsindədir. Türkiyə isə layihəyə milyardlarla dollar yatırım etməsinə baxmayaraq, hələ də həm təyyarələri, həm də ödənilən vəsaiti geri ala bilməyib.

Məsələ iki ölkə arasında müdafiə sahəsində mövcud gərginliyi daha da artırıb və Ankara tərəfindən rəsmi mövqe ilə bağlı açıqlama gözlənilir.

Sevinc Kərimova