ABŞ ticarət naziri Epşteyn ilə görüşünü təsdiqlədi

ABŞ ticarət naziri Epşteyn ilə görüşünü təsdiqlədi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-nin ticarət naziri Hovard Latnik Ceffri Epşteyn ilə bağlı yayılan iddialara münasibət bildirib və onunla qısa müddətli görüşünün baş verdiyini təsdiqləyib. Nazir açıqlamasında görüşün şəxsi və ailəvi xarakter daşıdığını vurğulayıb.

Redaksiya xəbər verir ki, Hovard Latnikin sözlərinə görə, sözügedən görüş ailəvi istirahət zamanı qayıqda baş tutub. O bildirib ki, həmin vaxt onunla birlikdə həyat yoldaşı, 4 övladı, uşaqların dayələri, eləcə də başqa bir ailə və onların uşaqları da olub.

Nazir qeyd edib ki, onlar adada təxminən 1 saat qalıblar və bundan sonra bütün uşaqları ilə birlikdə ərazini tərk ediblər. O, bu görüşün qısa müddətli olduğunu və hər hansı qeyri-rəsmi və ya gizli xarakter daşımadığını xüsusi olaraq vurğulayıb.

Hovard Latnik əlavə edib ki, Epşteyn ilə əlaqəsi bu hadisə ilə məhdudlaşıb və onun fəaliyyəti və ya sonradan üzə çıxan cinayət işi ilə heç bir əlaqəsi olmayıb. Nazir açıqlamanı yayılan iddialara aydınlıq gətirmək məqsədilə verdiyini bildirib.