ABŞ senatoru: “Tramp Putinə qarşı sərt tədbirlər görəcək”

ABŞ senatoru: “Tramp Putinə qarşı sərt tədbirlər görəcək”

Sevinc Kərimova · Siyasət ·

ABŞ senatoru Lindsi Qraham Rusiya Prezidenti Vladimir Putinə qarşı sərt çıxışı ilə gündəmə gəlib.

Redaksiya xəbər verir ki, Qraham canlı efirdə, Fox News telekanalına verdiyi müsahibədə “Putin, növbə sənə çatır. Donald Tramp sənə layiqli cəzanı vermək üzrədir” ifadəsini işlədib.

Senatorun sözlərinə görə, Trampın hakimiyyəti dövründə Rusiya neftini almaqda israrlı olan Çin, Hindistan və Braziliyaya qarşı xüsusi gömrük vergiləri tətbiq ediləcək. Bu ölkələr hazırda Rusiya neftinin təxminən 80 faizini alaraq, Moskvanın hərbi maşınının fəaliyyətini maliyyələşdirir.

Qraham qeyd edib ki, Tramp administrasiyası bu yolla Rusiyaya qarşı iqtisadi təzyiqi artırmağı və onun maliyyə mənbələrini kəsməyi hədəfləyir. Bununla da Rusiyaya açıq mesaj verilib ki, Rusiya ilə ticarət edən ölkələr, xüsusilə neft sahəsində, ABŞ-ın yeni dönəmində ağır nəticələrlə qarşılaşa bilər.

Sevinc Kərimova