ABŞ-ın Vermont ştatını təmsil edən senator Berni Sanders yeni bir bəyanatla gündəmə gəlib. O, ABŞ-ın Fələstindəki uşaqların aclıqdan əziyyət çəkməsini və bu vəziyyətin davam etməsini qəbul etməməli olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Sanders İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqədar silah satışlarını dayandırmaq üçün ABŞ Senatında sabah səsvermə keçirəcəyini açıqlayıb. Sandersin sözlərinə görə, “ABŞ, uşaqları aclıqdan öldürən bir hökuməti dəstəkləməməlidir”.
Sanders həmçinin, Fələstindəki humanitar vəziyyətin daha da pisləşməməsi üçün silah tədarükünü məhdudlaşdırmağı və ABŞ-ın müstəqil diplomatik yanaşma göstərməsini tələb edib.
Senatorun bu mövqeyi sosial mediada geniş müzakirə olunub və ABŞ hökumətinin gələcək siyasətinə təsir etməsi gözlənilir.
Sevinc Kərimova
