ABŞ səfirliyi Kiyevi tərk edir, lakin Avropa səfirlikləri qalır

ABŞ səfirliyi Kiyevi tərk edir, lakin Avropa səfirlikləri qalır

Sevinc Kərimova · Media ·

ABŞ səfirliyinin Kiyevi tərk etdiyi bildirilir.

Redaksiya xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.

Onun sözlərinə görə, qərar Rusiyanın Kiyevə mümkün zərbələri ilə bağlı xəbərdarlıqları fonunda qəbul edilib.

Kallas bildirib ki, buna baxmayaraq, Avropa ölkələrinin səfirlikləri Ukrayna paytaxtında fəaliyyətini davam etdirəcək.

Aİ rəsmisi Avropanın Kiyevlə həmrəylik nümayiş etdirməyə davam edəcəyini vurğulayıb.

Hadisə ABŞ səfirliyinin daha əvvəl Ukraynada növbəti 24 saat ərzində ciddi hava hücumu ehtimalı ilə bağlı xəbərdarlıq yaymasından sonra baş verib.