ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynada mümkün ciddi hava hücumu ilə bağlı xəbərdarlıq yayıb.
Redaksiya xəbər verir ki, səfirliyin məlumatında hücumun növbəti 24 saat ərzində istənilən an baş verə biləcəyi qeyd olunur.

ABŞ tərəfi vətəndaşlara hava həyəcanı siqnallarını izləməyi, sığınacaqlara yaxın olmağı və yerli hakimiyyətin göstərişlərinə əməl etməyi tövsiyə edib.
Xəbərdarlıq Rusiya-Ukrayna müharibəsində son günlər hava zərbələri və raket hücumları riskinin artdığı dövrə təsadüf edir.
Kiyevdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
