ABŞ rəsmisi illər sonra Peterburq forumunda iştirak edəcək

ABŞ rəsmisi illər sonra Peterburq forumunda iştirak edəcək

Nizami Salmanov · Media ·

ABŞ-ın rəsmi nümayəndəsi bir neçə ildən sonra ilk dəfə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edəcək.

Redaksiya xəbər verir ki, builki forumda ABŞ Federal Zərif İncəsənət Komissiyasının rəhbəri Rodni Mims Kuk iştirak edəcək.

Son illərdə Rusiya ilə ABŞ arasında münasibətlərin kəskin pisləşməsi fonunda Vaşinqton rəsmilərinin PMİF-də iştirakı faktiki olaraq dayanmışdı.

Rodni Mims Kukun forumda iştirakı Moskva ilə Vaşinqton arasında müəyyən diplomatik kanalların tam bağlanmadığını göstərən simvolik addım kimi qiymətləndirilir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiyanın əsas beynəlxalq iqtisadi platformalarından biri hesab olunur.