ABŞ-ın bəzi yüksək vəzifəli rəsmiləri İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada hərbi əməliyyatların miqyasını artırmaq planından narahat olduqlarını bildiriblər.
Redaksiya xəbər verir ki, “Axios”un məlumatına görə, İsrailli bir rəsmilinin sözlərinə əsasən, Netanyahu Vaşinqtona səfəri zamanı Qəzzadakı müharibənin genişləndirilməsi ehtimalını gündəmə gətirib və bu məsələni Ağ Ev rəsmiləri ilə müzakirə edib.
Məlumata görə, ABŞ administrasiyasında bəzi rəsmilər bu addımın bölgədə gərginliyi daha da artıracağından və humanitar böhranı dərinləşdirəcəyindən ehtiyat edirlər.
Sevinc Kərimova
