ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun Fələstini tanımaqla bağlı bəyanatına münasibət bildirib.
Redaksiya xəbər verir ki, Tramp Makronun mövqeyini qeyri-ciddi sayaraq onun açıqlamalarının heç bir təsir gücünə malik olmadığını deyib.
“Yaxşı xəbər budur ki, Makronun nə dediyinin heç bir əhəmiyyəti yoxdur. Onun heç bir çəkisi yoxdur,” – deyə Tramp bildirib.
Bu bəyanat ABŞ administrasiyasının Fransa ilə Fələstin məsələsində mövqelərinin kəskin fərqləndiyini bir daha ortaya qoyur. Tramp Makronun qərarını sülh prosesinə zidd və nəticəsiz addım kimi dəyərləndirib.
Sevinc Kərimova
