Bloomberg-in məlumatına görə, İranın Küveytdəki aviabazaya raket zərbəsi nəticəsində bir neçə amerikalı yaralanıb.
Redaksiya xəbər verir ki, mövzu Fox News efirində ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanlanan sual zamanı gündəmə gəlib.
Jurnalist MakEnani Consondan “Bloomberg İranın Küveytdəki aviabazaya raket hücumu nəticəsində amerikalıların yaralandığını yazır. Sizcə proses hara gedir?” deyə soruşub.
Conson cavabında ötən gecə Prezident Donald Trampla danışdığını bildirib.
“Mən dünən gecə prezidentlə danışdım. O, tamamilə bu məsələyə fokuslanıb”, — deyə Conson qeyd edib.
Nümayəndələr Palatasının spikeri həmçinin İranın yeni rəhbərliyinin münaqişəni bitirmək istədiyini düşündüyünü deyib.
Hadisə ABŞ və İran arasında mümkün razılaşma, Hörmüz boğazı, nüvə proqramı və regiondakı hərbi gərginliklə bağlı danışıqların davam etdiyi vaxta təsadüf edir.
