ABŞ İsrailə Qəzzanın tam işğalını dayandırmaq üçün təzyiq göstərir

ABŞ İsrailə Qəzzanın tam işğalını dayandırmaq üçün təzyiq göstərir

Sevinc Kərimova · Siyasət ·

ABŞ, Qəzza zolağının tamamilə işğalının qarşısını almaq və tərəflər arasında razılaşma əldə etmək məqsədilə İsrailə diplomatik təzyiqlər edir. Walla News-un məlumatına görə, prezident Donald Tramp bu istiqamətdə yeni bir təklif irəli sürmək niyyətindədir.

Redaksiya xəbər verir ki, Trampın təqdim edəcəyi təklifin məqsədi bölgədə gərginliyi azaltmaq, humanitar vəziyyəti yaxşılaşdırmaq və atəşkəs üçün əsas şərtləri formalaşdırmaqdır.

Siyasi müşahidəçilər hesab edirlər ki, ABŞ-ın bu təşəbbüsü Qəzza münaqişəsinin həlli istiqamətində mühüm diplomatik mərhələ ola bilər.

Sevinc Kərimova