ABŞ İranın cənubunda hərbi hədəflərə zərbə endirdi

ABŞ İranın cənubunda hərbi hədəflərə zərbə endirdi

Yulduz Səlimov · Media ·

ABŞ ordusu İranın cənubunda hərbi hədəflərə zərbələr endirib.

Redaksiya xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı əməliyyatın “özünümüdafiə” məqsədilə həyata keçirildiyini bildirib.

Məlumata görə, zərbələr Hörmüz boğazı ətrafında mina yerləşdirməyə cəhd etdiyi iddia olunan SEPAH-a bağlı katerləri və raket buraxılış mövqelərini hədəf alıb.

ABŞ tərəfi bu addımın regiondakı Amerika qüvvələrinə qarşı mümkün təhlükənin qarşısını almaq üçün atıldığını açıqlayıb.

Zərbələr zamanı İranın hücum katerlərinin də vurulduğu bildirilir.

Hadisə ABŞ-İran danışıqları, Hörmüz boğazı ətrafında gərginlik və mümkün atəşkəs razılaşması ilə bağlı qeyri-müəyyənlik fonunda baş verib.

Hələlik İran tərəfi itkilər və zərərin miqyası ilə bağlı ətraflı rəsmi açıqlama verməyib.