Redaksiya xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, Dəməşqdə Suriya prezidenti Əhməd Şara ilə keçirdiyi görüşün təfərrüatlarını açıqlayıb. O bildirib ki, Şara ilə ölkədəki hərbi strukturlar və regional təhlükəsizlik məsələləri ətrafında açıq müzakirələr aparılıb.
Barak bəyan edib ki, Şara ilə söhbətində ona ordu kadrlarını ciddi şəkildə gözdən keçirməyi tövsiyə edib: “İslami təbliğatı azaltmasının və əvəzində daha geniş regional təhlükəsizlik dəstəyi axtarmasının vacib olduğunu vurğuladım. Mövcud yanaşmasının nəticə vermədiyini Şara ilə açıq şəkildə paylaşdım. Ona həmçinin, əgər bu istiqamətdə dəyişikliklər etsə, prezidentlik üçün yetkin bir fiqura çevrilə biləcəyini dedim”.
Barackın bu sözləri Şara rəhbərliyinə ABŞ tərəfindən ünvanlanan ən açıq siyasi mesajlardan biri kimi qiymətləndirilir. ABŞ-ın Dəməşqə yönəlik siyasətində mümkün dəyişikliklərin anonsu kimi də dəyərləndirilə biləcək bu açıqlama, bölgədə yeni diplomatik müzakirələrin başlanğıcına işarə edir.
Sevinc Kərimova
