Bundan öncə yayımladığımız siyahını buradan oxuya bilərsiniz.
Redaksiya xəbər verir ki, ABŞ-ın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə qarşı həyata keçirdiyi hücumdan sonra dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə ediblər.
🇷🇺 Rusiya Xarici İşlər Nazirliyi hücumu sərt şəkildə qınayıb və bunun bölgədə təhlükəli nəticələr doğura biləcəyini bildirib.
🇨🇳 Çin Xarici İşlər Nazirliyi, ABŞ-ın nəzarət altındakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumu “şiddətlə qınadığını” açıqlayıb.
✝️ Papa XIV Leo isə bütün beynəlxalq ictimaiyyəti “geri dönüşü olmayan uçuruma çevrilmədən əvvəl” bu müharibəni dayandırmağa çağıraraq, hər kəsin mənəvi məsuliyyət daşıdığını vurğulayıb.
🇮🇳 Hindistan Baş naziri Narendra Modi, Orta Şərqdə artan gərginlikdən dərin narahatlıq keçirdiklərini bildirərək, vəziyyətin dərhal sabitləşdirilməsinin vacibliyini qeyd edib.
🇫🇷 Fransa Xarici İşlər naziri Jan-Noel Barro, ABŞ-ın hücumuna dair “narahatlıqla qeyd etdiklərini” bildirərək, Parisin hücumun planlaşdırılmasına və icrasına qatılmadığını bəyan edib.
🇮🇹 İtaliya Baş naziri Meloni, bütün tərəflərin müzakirə masasına qayıtması üçün ölkəsinin diplomatik təşəbbüslərini davam etdirəcəyini açıqlayıb.
🇺🇳 BMT, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı güc tətbiq etməsindən “dərin narahatlıq” duyduğunu bildirib.
🇦🇪 Birləşmiş Ərəb Əmirlikləri, İranın nüvə obyektlərinə edilən hücumu və bölgədə artan gərginliyi “ciddi təhlükə” kimi qiymətləndirib və “təzyiqin təcili şəkildə azaldılması” çağırışı edib.
🇱🇧 Livan Prezidenti Cozef Avn, İranla İsrail arasında artan gərginliyin və nüvə obyektlərinə edilən hücumların “bölgənin təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid” olduğunu deyib.
🇫🇮 Finlandiya Baş naziri Petteri Orpo, hücumdan sonra hadisələri yaxından izlədiklərini və bütün tərəfləri danışıqlara qayıtmağa çağırdıqlarını bildirib.
🇦🇹 Avstriya Baş naziri Kristian Stokker isə bölgədəki vəziyyəti “diqqətlə izlədiklərini” bildirərək, bütün ölkələri təcili olaraq diplomatik həll yollarına üstünlük verməyə səsləyib.
Sevinc Kərimova
