ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna qarşı beynəlxalq reaksiyaları SIRALADIQ

ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna qarşı beynəlxalq reaksiyaları SIRALADIQ

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın İranın Fordo, Natanzİsfahandakı nüvə obyektlərinə qarşı həyata keçirdiyi hava hücumuna dünya ölkələrindən sərt və narahat dolu reaksiyalar gəlməkdə davam edir. Bir çox dövlətlər bu addımı gərginliyi daha da dərinləşdirən və beynəlxalq hüquqa zidd hərəkət kimi qiymətləndirib.

Redaksiya xəbər verir ki, 🇪🇺 Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas İranın nüvə silahına sahib olmaması vacibliyini vurğulasa da, bütün tərəfləri danışıqlara qayıtmağa çağırıb.

🇬🇧 Böyük Britaniya Baş naziri Kir Starmer: “İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməməlidir. ABŞ bu təhdidi azaltmaq üçün hərəkətə keçdi.”

🇮🇶 İraq hökuməti: Hücumun Orta Şərqdə sülhü ciddi şəkildə təhdid etdiyini və regional sabitliyi təhlükəyə atdığını bəyan edib.

🇵🇰 Pakistan: Hücumları qınayaraq BMT Nizamnaməsinə əsasən İranın özünü müdafiə hüququna sahib olduğunu vurğulayıb.

🇶🇦 Qətər: Gərginliyin həm regionda, həm də qlobal səviyyədə fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

🇸🇦 Səudiyyə Ərəbistanı: Hücumları pisləyərək bölgədə sabitlik üçün siyasi həll yollarına üstünlük verilməsinə çağırıb.

🇩🇪 Almaniya Kansleri Fridrix Mers: İranı dərhal ABŞ və İsraillə danışıqlara başlamağa çağırıb.

🇪🇬 Misir: “Bu hücumlar həm regional, həm də qlobal təhlükəsizliyə təhdiddir, yeganə çıxış yolu siyasi yoldur,” – deyə açıqlayıb.

🇨🇭 İsveçrə: Hücumla bağlı dərin narahatlıq ifadə edərək diplomatiyaya qayıdış çağırışı edib.

🇴🇲 Oman: Hücumları BMT Nizamnaməsinin ciddi şəkildə pozulması kimi qiymətləndirib.

☢️ ICAN – Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Koalisiya: ABŞ-ın hücumunu “qanunsuz” adlandıraraq qınayıb.

🇷🇺 Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev: “ABŞ quru əməliyyatı ehtimalı ilə yeni qarşıdurmaya daxil olub. İranın siyasi rejimi qorunub və güclənə bilər.”

🇪🇺 Avropa Komissiyası prezidenti Ursula fon der Leyen: “İran heç vaxt nüvə bombasına sahib olmamalıdır. İndi etibarlı diplomatik həll yoluna ehtiyac var.”

☢️ Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi: “Hədəf alınan obyektlərin ətrafında sağlamlıq baxımından ciddi nəticə gözlənilmir.”

🇪🇸 İspaniya XİN rəhbəri Xose Manuel Albares: “Həll yolu yalnız diplomatiya və danışıqlardır.”

🇮🇹 İtaliya XİN rəhbəri Antonio Tayani: “Bu hücumdan sonra gərginliyin həqiqətən azalacağına ümid edirik.”

🇳🇴 Norveç XİN rəhbəri Espen Bart Eid: “ABŞ-ın hücumları ilə bağlı dərin narahatlıq keçiririk. ABŞ artıq bu münaqişəyə birbaşa qoşulmuşdur.”

🇰🇼 Küveyt: İranın nüvə obyektlərinə edilən hücumların region və dünya üçün ciddi təhlükə yaratdığını bəyan edib.

Beynəlxalq ictimaiyyətin artan narahatlığı, bölgənin daha genişmiqyaslı müharibəyə sürüklənə biləcəyi ehtimalını gücləndirir. Diplomatik səylərin təcili bərpası üçün çağırışlar isə gündən-günə daha da intensivləşir.

Sevinc Kərimova