ABŞ Hörmüz boğazında neft dəhlizi yaratdığını bildirib

ABŞ Hörmüz boğazında neft dəhlizi yaratdığını bildirib

Sevinc Kərimova · Media ·

ABŞ rəsmisi Vaşinqtonun son iki ay ərzində Hörmüz boğazının cənub dəhlizini yaxından izlədiyini və İran İnqilab Keşikçiləri Korpusunun burada yalnız məhdud təhlükə yaratdığını bildirib. Bu barədə Axios məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ qüvvələri Hörmüz boğazında neft daşımalarının davam etməsinə imkan verən dəhliz formalaşdırıb. Rəsminin sözlərinə görə, bu marşrut vasitəsilə milyonlarla barel neftin hərəkəti təmin olunur.

Məlumata görə, hazırda Hörmüz boğazından gündə təxminən 10 milyon barel neft dünya enerji bazarına daşınır. Bu göstəricinin müharibədən əvvəlki səviyyənin təxminən yarısı olduğu bildirilir.

ABŞ rəsmisi yaradılan dəhlizin qlobal enerji təchizatında daha ciddi fasilələrin qarşısını almağa xidmət etdiyini qeyd edib. Bununla belə, açıqlamada İran tərəfinin bu qiymətləndirməyə münasibəti yer almayıb.