ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin delfin və dəniz şirlərinin hazırlanması proqramına hər il 77 milyon dollar vəsait ayırır. Proqram çərçivəsində 120-dən artıq dəniz məməlisi sualtı minaların və digər obyektlərin axtarışı üçün istifadə olunur.
Redaksiya məlumat verir ki, bu heyvanların təlim prosesi ağır və stressli şəraitdə aparılır. Təlimlər zamanı onların yuxusuz saxlanıldığı, güclü səs dalğalarına məruz qoyulduğu və fiziki cəhətdən ciddi yüklənmələrlə üzləşdiyi bildirilir.
Qeyd olunur ki, sözügedən proqramın on il əvvəl mərhələli şəkildə dayandırılması planlaşdırılsa da, ABŞ Konqresi bu təşəbbüsə razılıq verməyib və maliyyələşməni davam etdirib. Nəticədə proqram hələ də dövlət büdcəsindən əhəmiyyətli məbləğdə vəsait alır.
ABŞ Hərbi Dəniz Qüvvələri isə əvvəllər etiraf edib ki, müasir sualtı pilotsuz aparatları bu vəzifələri heyvanlardan istifadə etmədən də yerinə yetirə bilər. Buna baxmayaraq, proqramın saxlanılması ilə bağlı qərar dəyişməz qalır.
