ABŞ administrasiyası Avropa ölkələrini Hindistana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Axios və India Today nəşrlərinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, söhbət ABŞ-ın tətbiq etdiyi tədbirlərə bənzər məhdudiyyətlərdən, o cümlədən Hindistandan neft və qaz tədarükünün tam dayandırılmasından gedir.
Redaksiya xəbər verir ki, Donald Tramp administrasiyası Avropadan Hindistan mallarına əlavə rüsumlar tətbiq etməyi də tələb edib. ABŞ artıq 27 avqustdan etibarən Hindistandan idxal olunan məhsullara əlavə 25 faiz gömrük rüsumu tətbiq edib. Bununla da Hindistana qarşı tarif yükü ümumilikdə 50 faizə çatıb.
Axios-un məlumatına görə, Vaşinqton həmçinin Avropa ölkələrinin Çindən gətirilən mallara əlavə rüsumlar tətbiq etməsini istəyir.
Sevinc Kərimova
