ABB “Davr Bank”ın rəhbərliyini yenidən formalaşdıracaq

ABB “Davr Bank”ın rəhbərliyini yenidən formalaşdıracaq

Aytac Dəniz · Maliyyə ·

Oktyabrın 9-da ABB-nin 51%-nə nəzarət etdiyi Özbəkistanın “Davr Bank”ının səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə bankın adının dəyişdirilməsi, Müşahidə Şurasının tam, İdarə Heyətinin isə qismən yenidən formalaşdırılması, dividend siyasətinin yenilənməsi və daxili sənədlərin təsdiqi məsələləri daxildir.

Qeyd edək ki, ABB Özbəkistan bazarında genişlənmə strategiyası çərçivəsində “Davr Bank”a 100 milyon ABŞ dollarından çox vəsait yatıraraq nəzarəti əldə edib. Bank bu ölkədə “ABB Davr Bank” brendi ilə fəaliyyət göstərəcək. (APA)