2,5 milyon israilli sığınacaqsızdır, avtodayanacaqlarda qurulan çadırlarda yaşayır

2,5 milyon israilli sığınacaqsızdır, avtodayanacaqlarda qurulan çadırlarda yaşayır

Sevinc Kərimova · Cəmiyyət ·

İsrail mediasının yaydığı məlumata görə, ölkədə hazırda 2,5 milyondan çox insanın sığınacaq imkanları yoxdur. Davam edən raket hücumları fonunda minlərlə israilli avtomobil dayanacaqlarında qurulan müvəqqəti çadırlarda məskunlaşıb.

Redaksiya xəbər verir ki, fövqəladə hallar üzrə xidmətlər bu miqyasda əhalinin ehtiyaclarını qarşılayacaq imkanlara malik deyil. Yerli bələdiyyələr və mülki müdafiə qurumları çətin logistika və təhlükəsizlik problemləri ilə üz-üzə qalıb.

Mütəxəssislər bildirirlər ki, bu qədər insanın sığınacaqsız qalması mümkün hərbi eskalasiya şəraitində həm humanitar, həm də müdafiə baxımından ciddi təhlükə yaradır.

Sevinc Kərimova