2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti 12,6 milyard manat təşkil edib.
Banker.az xəbər verir ki, əməliyyat fəaliyyətindən mənfəət əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manata çatmış, xalis mənfəəti isə təxminən 3,0 milyard manat olub.
Şirkətin 2025-ci ildə EBITDA-sı (Faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) 10,9 milyard manat təşkil edib. Bu göstərici 2024-cü il ilə müqayisədə 26% artıb. SOCAR-ın gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
SOCAR tərəfindən 2025-ci ildə dövlətə 3,8 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər edilib. Ümumiyyətlə, 2021-2025-ci illər ərzində isə SOCAR tərəfindən dövlətə cəmi 15,9 milyard manat məbləğində dividendlər, dövlətə ayırmalar, vergilər və sosial xərclər kimi ödənişlər olunub. Bununla yanaşı, qeyd olunan 2021-2025-ci illər ərzində SOCAR-a dövlət tərəfindən cəmi 1,6 milyard manat həcmində vəsait yatırılıb. (Report)

2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib
Aytac Dəniz · İqtisadiyyat ·