Ziya bu maddələrlə bəraət aldı - Amma cəzası artırıldı

Ziya bu maddələrlə bəraət aldı - Amma cəzası artırıldı

Aytac Dəniz · Cəmiyyət ·

Model sevgilisi Raziyyat Əliyevanı (Razi) döymə və digər cinayətlərdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Ziyaya hədə-qorxu ilə tələb etmə, oğurluq və əmlakı məhvetmə maddələri ilə bəraət verilib.

O, bundan əvvəl dələduzluq, külli miqdarda qanunsuz kredit alma və digər ittihamlarla təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

İndiki hökmlə təqsirli bilindiyi cinayətlərlə onun cəzası 1 il artırılaraq 9 il 6 ay təyin edilib.

Qeyd edək ki, iş adamı Ziya Hüseynzadə 3 ildir həbsdədir. (Qafqazinfo)