Tarixi torpaqlarımızın düşmən işğalından azad olunması dövlətimiz üçün yeni çağırışların formalaşmasını, yeni vəzifə, missiya və prioritetlərin müəyyənləşdirilməsini zəruri edir.
Bu prioritetlərdən biri, demək olar ki, birincisi məhz azad olunmuş torpaqalara böyük qayıdışın reallaşdırılmasıdır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan çıxışlarının birində deyirdi; “Məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, bizi qaytar. Mən də hər dəfə onlarla görüşəndə həm onlarda güclü iradə görürdüm, yenilməzlik görürdüm, dövlətə sədaqət görürdüm, eyni zamanda onların gözlərində həsrət görürdüm. Buna son qoyulub, əziz soydaşlarım, gözünüz aydın olsun, siz qayıdırsınız, biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Bundan da böyük xoşbəxtlik ola bilərmi?!”. Dövlətin apardığı əsas missiyalardan biri də bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün əlverişli şəraitin yaradılmasını təmin etməkdir. Həmin ərazilərdə ilk növbədə infrastrukturun yaradılması, dövlət orqanlarının fasiləsiz işinin və xidmətlərinin təşkil olunması, əhalinin mənzil-məişət ehtiyaclarının qarşılanması üçün genişmiqyaslı tikinti və bərpa işlərinə başlanılmışdır.
Bir neçə il öncə mütəxəssilərin işğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözləntisi də əbəs yerə deyildi. Bu gün həmin ərazilərdə gördüklərimiz sözün əsl mənasında hər birimizi qürurlandırır və insanı valeh edir. Ölkəmizə gələn qonaqlar, Dövlət və hökumət başçıları qısa zaman kəsiyində Azərbaycanın bu yerlərdə xarüqələr yaratdıqlarının şahidi olurlar. Məhz bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün işğaldan azad edilmiş tarixi Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm də rəmzi məna kəsb ediridi. Ali qonaqlar gördükləri qarşısında təəsüratlarını gizlətmir, Möhtrəm prezidentimiziə rəhbərliyi ilə görülmüş işlərə görə təşəkkür edirdilər. Cənab İlham Əliyev Zirvə görüşünün açılışında etdiyi çıxışında bir çox məsələlərə toxundu. Bunlardan biri də ərazinin tam bərpası və yurd-yuvasından didərgin düşmüş insanların öz evlərinə qayıtması məsələsi idi. Qeyd edək ki, erməni vandalları tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərimizin bərpası üzərimizə kifayət qədər böyük məsuliyyət və öhdəliklər qoysa da, ərazilərin bərpası və potensialından səmərəli istifadə gələcək üçün sürətli inkişaf vədi verir. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulur və yeni texnologiyaların tətbiqi iqtisadiyyatı daha da məhsuldar edəcəkdir.
Beləliklə, ərazilərimizin azad edilməsi nəticəsində başlayan böyük qayıdış son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan hərtərəfli və ardıcıl islahatların yeni və ən böyük tərkib hissəsi olmaqla Azərbaycanın mövcud potensiallarının əhəmiyyətli dərəcədə arıtırlması və hegemon güclərdən birinə çevrilməsi istiqamətində ciddi iqtisadi potensiallar qazandıracaqdır.
Rəşid Manafov;
Neftçala rayonu
