Zəngilanda yeni xəstəxana tikiləcək

Zəngilanda yeni xəstəxana tikiləcək

Aytac Dəniz · Səhiyyə ·

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Zəngilan Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisi üçün hazırlıq işləri üzrə müsabiqə elan edib.

Müsabiqə çərçivəsində müvəqqəti bina və qurğuların quraşdırılması nəzərdə tutulur.

Ehtimal olunan qiymət 1 milyon 212 min 329 manat 64 qəpik təşkil edir. Tender üçün son tarix 18 noyabr tarixi göstərilib.