Zəngəzur dəhlizinə dair ABŞ təklif verdi: “Biz icarəyə götürək”

Zəngəzur dəhlizinə dair ABŞ təklif verdi: “Biz icarəyə götürək”

Sevinc Kərimova · Siyasət ·

ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mühüm açıqlama verib.

Redaksiya xəbər verir ki, Barrak iki ölkə arasında illərlə davam edən Zəngəzur dəhlizi mübahisəsinə toxunaraq yeni təklif səsləndirib: “Azərbaycan və Ermənistan on illərdir 32 kilometrlik bir yol üçün mübahisə edir. Biz də deyirik ki, Zəngəzur dəhlizini bir icarə müqaviləsi ilə bizə verin. Biz təhvil alaq.”

Onun bu açıqlaması Cənubi Qafqazda sülh proseslərinə və regional kommunikasiya layihələrinə beynəlxalq vasitəçilik baxımından yeni yanaşma kimi dəyərləndirilir. Hazırda rəsmi Bakı və İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı danışıqlar davam edir.

Sevinc Kərimova