Zelenskinin keçmiş ofis rəhbəri korrupsiyada iddiham olunur

Zelenskinin keçmiş ofis rəhbəri korrupsiyada iddiham olunur

Nizami Salmanov · Media ·

Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka pul yuyulması işi üzrə şübhə elan edib.

Redaksiya “Financial Times” və Ukrayna mediasına istinadla xəbər verir ki, Yermak lüks daşınmaz əmlak layihələri vasitəsilə təxminən 10,5-11 milyon dolların leqallaşdırılmasında iştirakda şübhəli bilinir.

Məlumata görə, iş “Midas” əməliyyatı çərçivəsində araşdırılır. Bu əməliyyat Zelenski prezidentliyi dövründə ən böyük korrupsiya araşdırmalarından biri hesab olunur.

Araşdırma “Energoatom”la bağlı 100 milyon dollardan çox rüşvət və geriödəmə iddialarını da əhatə edir.

İş üzrə daha əvvəl adı hallanan şəxslər arasında biznesmen Timur Mindiç də var. Onun istintaq hərəkətlərindən əvvəl İsrailə getdiyi bildirilir.

Yermak ittihamları rədd edir və qanunsuz fəaliyyətlə məşğul olmadığını bildirir.

Ukrayna Prezident Ofisi isə istintaq davam etdiyi üçün məsələ ilə bağlı yekun qiymətləndirmə aparmağın tez olduğunu açıqlayıb.