Zelenski Ukrayna münaqişəsinin həlli üçün Tramptan dəqiq mövqe tələb etdi

Zelenski Ukrayna münaqişəsinin həlli üçün Tramptan dəqiq mövqe tələb etdi

Sevinc Kərimova · Siyasət ·

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa şərt irəli sürərək bildirib ki, münaqişənin başa çatması yalnız ABŞ və Avropa tərəfdaşlarının dəstəklədiyi razılaşma sənədi ilə mümkün ola bilər. O, Sky News-a müsahibəsində “Bütün razılaşmalar sənədləşdirilməlidir və Trampın dəqiq mövqeyi lazımdır” deyib.

Redaksiya xəbər verir ki, Zelenski Avropa İttifaqının artıq Rusiyaya qarşı 18 sanksiya paketi tətbiq etdiyini xatırladaraq, Vaşinqtondan “güclü sanksiya paketi” gözlədiklərini vurğulayıb. O, ABŞ-ın dəstəyinin həlledici rol oynayacağını əlavə edib.

Xatırladaq ki, 13 sentyabrda ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ciddi sanksiyaların yalnız NATO ölkələrinin Rusiyadan neft alışını dayandırması və eyni zamanda Çinə qarşı yüksək tariflər tətbiq etməsi şərti ilə mümkün olacağını açıqlamışdı. ABŞ mətbuatı isə bu tələbləri “reallıqda icrası çətin” kimi qiymətləndirmişdi.