ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə keçirilən görüşdə Ukrayna lideri Vladimir Zelenski ona on dəfədən çox “təşəkkür” bildirib. Daily Mail yazır ki, bu məqam fevral ayında baş verən gərgin dialoqla kəskin şəkildə ziddiyyət təşkil edib.
Redaksiya xəbər verir ki, Washington Post-un məlumatına görə, Avropa və NATO liderlərinin ümumi fotosessiyası zamanı “kamera qarşısında təbəssümlərin daha az” olduğu diqqət çəkib.
New York Times isə dərcində dövlət başçılarının bədən dilinin “tamamilə gümrah görünmədiyini” qeyd edib. Bu, ekspertlərin fikrincə, danışıqlar fonunda ehtiyatlı münasibətlərin göstəricisi kimi dəyərləndirilir.
Sevinc Kərimova
