Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin HƏMAS və ya başqa heç bir terror təşkilatından daha cəsur deyil. Onun sözlərinə görə, güc və ədalət dili Rusiyaya qarşı da nəticə verəcək.
Redaksiya xəbər verir ki, Zelenski Moskvadakı hakimiyyətin “Tomahawk” raketlərindən bəhs edildiyini eşidər-eşitməz dialoqa can atdığını vurğulayıb. O, bunun Rusiyanın təzyiq qarşısında zəiflədiyinin göstəricisi olduğunu deyib.
Zelenski ABŞ-a çatıb və sabah Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Görüşdə əsas müzakirə mövzusunun Rusiya-Ukrayna müharibəsində atılacaq növbəti addımlar olacağı gözlənilir.
