Zelenski Rusiyanın 2026-cı il itkilərini açıqladı

Zelenski Rusiyanın 2026-cı il itkilərini açıqladı

Yulduz Səlimov · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski 2026-cı ilin əvvəlindən bəri Rusiyanın cəbhədəki itkilərinin 145 mini keçdiyini bildirib.

Redaksiya xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu rəqəmin təxminən 86 mini ölən, ən azı 59 mini isə ağır yaralanan hərbçilərdən ibarətdir.

Ukrayna lideri həmçinin 800-dən çox rus hərbçisinin əsir götürüldüyünü açıqlayıb.

Zelenski bildirib ki, bu göstəricilər Rusiyanın cəbhədə ağır itkilər verdiyini və hücum əməliyyatlarının yüksək insan itkisi hesabına aparıldığını göstərir.

Moskva isə öz hərbi itkiləri ilə bağlı müntəzəm və detallı statistika açıqlamır.

Açıqlama Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində ağır döyüşlərin davam etdiyi dövrdə səslənib.