Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini Kiyevə dəvət edib və onu “terrorçu” adlandırıb. O bildirib ki, ölkəsi hər gün raket hücumlarına məruz qaldığı halda Moskvanın paytaxtına səfər etməsi mümkün deyil.
Redaksiya ABC News-a istinadla xəbər verir ki, Zelenski Putinin “Zelenski Moskvaya gəlsin” çağırışını “əsl görüşü təxirə salmaq üçün Kremlin cəhdi” kimi qiymətləndirib. Ukrayna Prezidenti vurğulayıb ki, “terrorçunun paytaxtına getməyəcəyəm, əgər istəyi varsa, özü Kiyevə gələ bilər”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da daha əvvəl bəyan etmişdi ki, Ukraynada müharibə sona çatacaq, əks halda bunun “ağır bədəli” olacaq.
