Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana səfərə gəlib. Bu, Zelenskinin Ermənistan Respublikasına ilk səfəri kimi qeyd olunur.
Redaksiya Armenpress-ə istinadla xəbər verir ki, Zelenskini İrəvandakı “Zvartnots” beynəlxalq hava limanında Ermənistan parlamentinin sədri Alen Simonyan qarşılayıb.
Məlumata görə, Ukrayna lideri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edəcək. Sammit çərçivəsində regional təhlükəsizlik, Ukraynadakı müharibə və Avropa ölkələri ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.
Zelenskinin Ermənistana səfəri Kiyev və İrəvan arasında siyasi təmasların intensivləşməsi fonunda baş tutur. Səfərin tərəflər arasında ikitərəfli münasibətlər və regional proseslər baxımından önəmli olduğu bildirilir.
