Zelenski də İstanbula getməkdən imtina etdi: “Şərtsiz atəşkəs üçün buradayam”

Zelenski də İstanbula getməkdən imtina etdi: “Şərtsiz atəşkəs üçün buradayam”

Sevinc Kərimova · Siyasət ·

Rusiya və Ukrayna arasında planlaşdırılan sülh danışıqlarında lider səviyyəsində iştirak gözləntiləri getdikcə zəifləyir. Vladimir Putin və Donald Trampın danışıqlara qatılmayacağı təsdiqləndikdən sonra, Ukrayna Prezidenti Volodimir Zelenski də İstanbul görüşlərinə qatılmamaq qərarı verib.

Redaksiya xarici KİV-lərə istinadən xəbər verir ki, Zelenski daha əvvəl verdiyi bəyanatlarda lider səviyyəsində şərtsiz atəşkəsin mümkün olacağı təqdirdə danışıqlara hazır olduğunu vurğulamışdı:

Əgər şərtsiz atəşkəs liderlər səviyyəsində müzakirə olunacaqsa, mən buradayam və birbaşa danışıqlara hazıram.”

Ukrayna lideri eyni zamanda İstanbulda planlaşdırılan barış müzakirələrinə toxunaraq bildirib:

İlk addımı atmalıyıq. Əgər başlamasaq, bu müharibə uzun illər davam edə bilər.”

Zelenski çıxışında Krım məsələsinə də xüsusi yer ayırıb: “Krım Ukraynanındır. Prezident Ərdoğan da hər zaman ‘Krım Ukraynanındır’ deyir. Ona bu prinsipial mövqeyinə görə minnətdaram.”

Beynəlxalq ictimaiyyət bu diplomatik təşəbbüsü diqqətlə izləyir və mümkün növbəti mərhələnin liderlərin iştirakı ilə baş tutacağına ümid edir.

Sevinc Kərimova