Zelenski Avropa ölkələrindən hərbçilərin maaşlarının artırılmasını maliyyələşdirməyi istəyəcək

Zelenski Avropa ölkələrindən hərbçilərin maaşlarının artırılmasını maliyyələşdirməyi istəyəcək

Sevinc Kərimova · Siyasət ·

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrindən hərbi büdcəyə əlavə maliyyə dəstəyi istəyəcək.

Redaksiya xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Nəşrin məlumatına görə, Ukrayna hökuməti müharibə şəraitində ordu sıralarına daha çox könüllü cəlb etmək məqsədilə hərbçilərin maaşlarının artırılmasını planlaşdırır.

Ukrayna rəhbərliyi maaş artımının daxili resurslarla təmin olunmasının çətin olduğunu nəzərə alaraq bu yükün müəyyən hissəsinin Avropa müttəfiqləri tərəfindən qarşılanmasına ümid edir. Təklifin yaxın vaxtlarda rəsmi şəkildə gündəmə gətiriləcəyi gözlənilir.

Sevinc Kərimova