Zaxarova Aİ-ni Paşinyanın videosuna baxmağa çağırdı

Zaxarova Aİ-ni Paşinyanın videosuna baxmağa çağırdı

Sevinc Kərimova · Media ·

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının Ermənistanla bağlı açıqlamalarına cavab verib.

Redaksiya xəbər verir ki, Zaxarova Qərb mediasında Rusiyanın Ermənistan seçkiləri ərəfəsində dezinformasiya kampaniyası aparması barədə iddiaları şərh edib.

O bildirib ki, Aİ Rusiyanı “feyk” yaymaqda ittiham etmək əvəzinə Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki aksiyası zamanı çəkilən videolara baxmalıdır.

Söhbət Paşinyanın seçki kampaniyası zamanı bir qadınla yaşadığı gərgin dialoqdan gedir. Qadın onu Ermənistan dövlətçiliyini dağıtmaqda ittiham edib, Paşinyan isə buna sərt reaksiya verib.

Paşinyan çıxışı zamanı siyasi rəqiblərini də hədəfə alıb. O, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı, həmçinin biznesmenlər Samvel Karapetyan və Qagik Tsarukyanı tənqid edib.

Baş nazir rəqiblərini qorxaqlıq və fərarilikdə ittiham edərək onların ölkənin gələcəyi ilə bağlı məsuliyyətdən yayındığını bildirib.

Moskva isə bu hadisəni Ermənistan daxilindəki siyasi gərginliyin Rusiya ilə əlaqələndirilməsinin əsassız olduğunu göstərən nümunə kimi təqdim edir.