Yunanıstan hərbi hava qüvvələrinin paylaşımı Türkiyədə böyük narazılıqla qarşılandı

Yunanıstan hərbi hava qüvvələrinin paylaşımı Türkiyədə böyük narazılıqla qarşılandı

Sevinc Kərimova · Siyasət ·

Yunanıstan Hərbi Hava Qüvvələrinin C130 tipli yük təyyarələri ilə bağlı paylaşımı Türkiyədə geniş etiraz doğurub. Hadisə 20 türk əsgərinin şəhid olduğu C130 qəzalarından sonra baş verdiyi üçün xüsusilə həssaslıq yaradıb.

Redaksiya xəbər verir ki, qurum “Günün Fotosu” başlığı ilə C130 təyyarələrinin görüntüsünü yayımladıqdan sonra Türkiyənin sərt reaksiyası ilə üzləşib. Etirazlardan sonra paylaşım silinib və Yunanıstan Baş Qərargahının Türkiyəyə ünvanladığı başsağlığı mesajı dərc olunub.

Türkiyənin Xarici İşlər Nazirliyi yayımlanan paylaşımı “qəbuledilməz” adlandıraraq Yunanıstana nota verib. Rəsmi Ankara belə həssas bir hadisədən sonra nümayiş etdirilən davranışın dövlətlərarası münasibətlərə uyğun olmadığını bildirib.