Yunan mətbuatı: Türkiyənin hərbi gücü sürətlə artır, toqquşma riski yaxınlaşır

Yunan mətbuatı: Türkiyənin hərbi gücü sürətlə artır, toqquşma riski yaxınlaşır

Sevinc Kərimova · Dünya ·

Yunanıstan mərkəzli "Pentapostagma" xəbər portalı Türkiyənin müdafiə sənayesindəki son nailiyyətləri təhlil edən geniş məqalə dərc edib. Yazıda xüsusilə Türkiyənin hava və raket qabiliyyətlərində ciddi sıçrayış əldə etdiyi vurğulanır.

Redaksiya xəbər verir ki, məqalədə qeyd olunur ki, Türkiyə istehsalı olan YILDIRIM-100 DIRCM (Yönləndirilmiş İnfraqırmızı Qarşı Tədbir) sistemi, infraqırmızı istiqamətləndirilmiş raketlərə qarşı effektiv müdafiə imkanı yaradır. Bu texnologiya raket xəbərdarlıq sistemləri və rabitə imkanları ilə birləşərək hava əməliyyatlarında ciddi üstünlük təmin edir.

Pentapostagma-nın məlumatına görə, Türkiyə F-35 proqramına qayıtmaq, Eurofighter Typhoon təyyarələrini əldə etmək və İsrailin "Dəmir Qübbə" sisteminə bənzər yerli hava hücumundan müdafiə ("Çəlik Qübbə") platforması qurmaq üçün intensiv səylər göstərir. Eyni zamanda, çoxsaylı pilotsuz uçuş aparatlarının (PUA) istehsalı davam edir.

Yunan mətbuatı əlavə edir ki, Türkiyənin ballistik raket istehsalında da artım müşahidə olunur. Analizdə bu raketlərin PUA-larla birlikdə düşmən hava müdafiəsini yarıb məhv edə biləcək şəkildə inkişaf etdirildiyi bildirilir. Bu vəziyyət, bölgədə hərbi balansın dəyişməsi və potensial toqquşma risklərinin artması ilə bağlı narahatlıqları artırır.

Sevinc Kərimova