Abşeron rayonu ərazisində zərərçəkənə məxsus “Mitsubishi” markalı yük avtomobilindən 2000 manat dəyərində təmir-tikinti alətlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı İ.Nöhbalayev saxlanılıb. Onun oğurladığı təmir-tikinti alətlərini satdığı müəyyən edilib.
Araşdırma aparılır.
